"Bu gün də yenidən Qarabağımızın azad olunması üçün döyüşməyə hazıram" PREZİDENTƏ MƏKTUB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ölkə vətəndaşları tərəfindən məktublar gəlməkdə davam edir. SİA həmin vətəndaşların məktublarını təqdim edir:

Hörmətli cənab Prezident. Dünyanı ağuşuna alan pandemiya dövründə məhz Sizin qabaqlayıcı tədbirlər nəticəsində qonşu dövlətlərlə müqayisədə bizim ölkədə bu virusa yoluxanlar azdır. Sizin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə həyata keçirdiyiniz sosial layihələr əhalinin maddi rifah halının yaxşılaşdırılmasında əvəzsiz rol oynayır. Koronavirus yayılmağa başlayan vaxtdan yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi əhalinin sağlamlığına göstərilən diqqətin və qayğının təzahürüdür. Həmişə olduğu kimi, yenə də xalqla birgə olduğunuzu əməlinizlə sübut etdiniz. Buna görə Sizə minnətdarlığımızı bildiririk.

İnanırıq ki, Sizin rəhbərliyinizlə bu sınaqdan az itkilərlə çıxıb, əvvəlki həyatımıza davam edəcəyik.

Hörmətlə, İntiqam Mustafayev. Azərbaycan Respublikası, Tərtər rayonu

Hörmətli cənab Prezident. Bu gün ordumuzun qüdrəti düşmən tərəfin canına təşviş salıb. Onların narahatlığı əbəs deyil. Əminik ki, güclü ordumuz Sizin sayənizdə torpaqlarımızı yağı düşməndən azad edəcək.

Mən ehtiyatda olan əsgərəm. Vətənin müdafiəsi uğrunda sağlamlığımı itirmişəm. Amma bu gün də yenidən Qarabağımızın azad olunması üçün döyüşməyə hazıram və əmrinizi gözləyirəm.

Hörmətlə, Nağıyev Sənan Sabir oğlu. Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaragüney kəndi.

Hörmətli cənab Prezident. Azərbaycan Ordusunda maddi-texniki təchizatın, o cümlədən hərbi bilik və bacarıqların, döyüş qabiliyyətinin yüksək səviyyədə olması artıq düşmən tərəfə də bəllidir. Düşmən yaxşı bilir ki, Azərbaycanın üzbəüz dayandığı ordu son dövrlər qüdrətini xeyli artırıb, yüksək döyüş potensialına malik olub.

Şübhəsiz ki, bunun arxasında Sizin dayanıqlı siyasətiniz, eyni zamanda, dövlət-vətəndaş birliyi dayanır.

Bir gənc olaraq torpaqlarımızı düşməndən azad etmək üçün Sizin əmrinizi gözləyirəm. Sizin qətiyyətiniz və iradəniz bizlərə güvənc verir. Biz birlikdə güclüyük.

Hörmətlə, Həsənov Dövran Zülfəli oğlu. Azərbaycan Respublikası, Hacıqabul rayonu, Abdulabad kəndi.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə