Xüsusi sessiya artıq BMT-yə üzv dövlətlərin ümümi məsələsinə çevrilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi imkanlarının Türk Şurası və Qoşulmama Hərakatı çərcivəsində vidokonfrans formatında müzakirə edilməsi bütün dünya miqyasında böyük rezonans doğurdu.

Azədbaycan Prezidentinin təşəbbüsü əsasında təklif edilən həmim müzakirənin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın günişlənməsinə diqqətin artırılmasında mühüm rol oynaması xüsusilə vurğulanmağa layiqdir.

BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünün dəstəklənməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin təşəbbüsünün hər bir ölkə üçün faydası var. Pandemiyaya qarşı mübarizədə bu görüş türkdilli ölkələr çox faydalı bir platforma oldu. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayın formada zirvə görüşünün keçirilməsi də pandemiyaya qarşı birgə əməkdaşlığa böyük töhfə oldu. Qoşulmama Hərəkatının üzvü olan elə ölkələr var ki, öz aralarında münasibətləri elədə yaxşı deyil. Ancaq Zirvə görüşündə bir yerdə oldular və birgə müzakirə apardılar. Onları COVİD -19 pandemiyasına qarşı mübarizə birləşdirdi.

Azədbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəni regional səviyyəsində beynəlxalq səviyyəyə, sonra da ümumbəşəri səviyyəyə qaldırdı. Bütün dünyanı COVİD-19 pandemiyası ilə vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsədi kimi ön plana çıxır. Bu məqsədə nail olunmasında ölkəmiz xüsusu fəallıq göstərir. BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək.

Azərbaycanın beynəlxalq həmrəyliyi sayəsində hər bir təşəbbüsü, o cümlədən ümumdünya miqyasında fəlakətə çevrilmiş koranovirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təşəbbüsü ölkəmizin beynəlxalq əməkdaşlığa açıq, tolerant, demokratik, özünü dünya birliyinin bir hissəsi kimi dərk edən dövlət olmasından xəbər verir.

Azərbaycan bir daha beynəlxalq həmrəyliyə, əməkdaşlığa, sadaqətin bariz nümunəsini göstırdi.

BMT üzvü olan 130-a dək dövlətin Qoşulmama Hərəkatının Sədri statusunda Prezident İlham Əliyevin BMT BAŞ Assambleyasının xüsusu sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimayyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Onuda vurğulamaq yerinə düşərki təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionunu əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik bir ada ölkə qədər dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT-nin baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Asanbleyinanın xüsusi sessiyasının keşirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı üzvlərinin əksəriyyəti tərəfindən qəbul olunduğu üçün xüsusi sessiyanın keçirilməsi artıq təkcə Qoşulmama Hərəkatı ölkələrin deyil BMT-yə üzv olan bütün dövlətlərin ümümi məsələsinə çevrilib.

Xoş niyyətə əsaslanan bu təşəbbüsə qarşı çıxan yeganə dövlət isə Ermənistan olmuşdur. Bütün dünya COVİD-19 qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay etdi. Bütün dünya Ermənistanı bir daha irticaçı mahiyyətinin şahidi oldu.

Respublikamızın Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatımda sədrliyi dönəmində bundan sonra da dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin güclənməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünü təcridə köklədilər. Qlobal həmrəyliyə və qlobal baxışa ehtiyac var idi. Təssüf ki, bu günə kimi beynəlxalq sistemində BMT və onun əsas qurumları Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmürdü. Sədr kimi COVİD-19 pandemiyasının həsr edilmiş onlayn zirvə görüşünün təşkil edilməsi cənab Prezidentin uzaq görən siyasəti, ölkəmizin daxili və xarici siyasətinin stabil olması Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun artmasını bir daha sübut etdi.

Elçin İsmayılov​, YAP Goranboy rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...