İctimai nəzarət və ictimai qınaq vacib şərtdir

Hazırda Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, təəssüf ki, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı. Bu səbəbdən də, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb.

TƏBİB tərəfindən pandemiya ilə əlaqədar ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün metodiki göstərişlər, qaydalar işlənilib hazırlanıb. Əlbəttə ki, bu maarifləndirmə işləri böyük əhəmiyyət kəsb edir. Əgər obyekt sahibləri, vətəndaşlar həmin metodiki göstərişlərə və qaydalara əməl edərlərsə infeksiyaya yoluxma halları da minimum səviyəyyə enə bilər. Ona görə də, bu qaydalara mütləq qaydada riayət etməlidir. Bu mənada, burada maarifləndirmə işlərinin rolu böyükdür və hazırkı şəraitdə maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.

Son yoluxma sayını nəzərə alsaq, artıq həftə sonlarında küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi bir zərurətdir. Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb və əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Bu səbəbdən də indiki dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. Mütləqdir ki, ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün işlənilmiş qaydalara həmin obyektlərin sahibləri, vətəndaşlar riayət etməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Ölkə Prezidenti İlham Əliyevinn uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində respublikada pandemiya ilə mübarizə tədbirləri tam nəzarətə götürüldü. İlk gündən atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Ardınca da karantin rejimində müəyyən yumşaldılmalarn həyata keçirildi. Lakin bu, heç bir haldan rahatlıq və virusdan tam azad olmaq kimi qəbul edilməməlidir. COVID-19-un necə təhlükəli olduğunu unutmadan, bu infeksiyaya qarşı hamı birlikdə sona qədər mübarizə aparmağı özünə borc bilməlidir. Karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması, yumşaldıcı tədbirlər o demək deyil ki, vətəndaşlar əvvəlki həyat tərzlərinə geri dönməlidirlər. Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunması təssüf hissi doğurur. Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Xüsusi ilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdırlar. İctimai nəzarət və ictimai qınaq ön plana çəkilməli, xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Koronavirus infeksiyasından qorunmanın vacibliyi günümüzün əsas mövzu olmalı, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Təbii ki, qaydalara riayət edilməsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər.

Bu gün ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Bu mənada xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Çox təəssüflər olsun ki, bəzi insanlarımız pandemiyanın başa çatdığını düşünərək ictimai nəqliyyatda, insan çoxluğu olan ərazilərdə gigiyena qaydalarına riayət və maskalardan istifadə etmirlər. Maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu da əlbəttə ki xəstəliyin yenidən alovlanmasına və ölkəmizdə xüsusi karantin rejiminin yenidən tətbiqini labüdləşdirə bilər. Gəlin karantin qaydalarına riayət edək, maskalardan, qoruyucu və dezinfeksiya vasitələrindən istifadə edək. Vətəndaşlarımız maksimum diqqətli olmalı özləri, ailələri və cəmiyyətimiz qarşısında məsuliyyətlərini dərk etməlidirlər

Ramidə İbrahimova,

YAP Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri, 36 saylı BŞX-nın Baş həkimi

Bütün xəbərlər Facebook səhifəmizdə