Gürcüstan Samtsxe-Cavaxetiyasının inteqrasiyası prosesi sürətləndirilir

Gürcüstanın Samtsxe-Cavaxetiyasının inteqrasiyası prosesi sürətləndirilir. Lakin Samtsxe-Cavaxetiyada qeyri-gürcü əhalisi, xüsusən ermənilər dövlət dili olan gürcü dilini öyrənmək istəmirlər. Əksinə erməni dilinə bölgədə ünsiyyət vasitəsi statusu verilməsini istəyirlər. Ona görə də Gürcü dilini dövlət dili kimi öyrənmək məqsədi ilə televiziya vasitəsilə mütəmadi olaraq gürcü dili dərsləri verilməlidir, gürcü dilinin öyrənilməsi üçün dövlət kursları təşkil edilməli və bu baxımdan xüsusi proqram hazırlanmalıdır. Məktəbi gürcü dilinin ixtisaslı müəllimləri ilə təmin etmək gürcü əhalisinin tələbləri sırasındadır. Qeyri-gürcü məktəblərində gürcü dilinin öyrənilməsi birinci sinifdən başlanmalıdır. Gürcü dilinin mənimsənilməsi yalnız gürcülərin maraqlarına daxil deyil, bütün Gürcüstanın qeyri-gürcü əhalisi də bu məsələdə maraqlıdır. Bu məqsədlə Axalkələkdə “beynəlmiləl tərbiyə almış” Xruşşovun təşəbbüsü ilə 50-ci illərin əvvəllərində ləğv edilmiş gürcü pedaqoji texnikumunu bərpa etmək lazımdır. Bu texnikumun məzunları təhsilini Tbilisi Dövlət Universitetinin Axalkələkdəki filialında davam etdirirlər. Bununla da region üçün gürcü dili müəllimlərinin hazırlanması problemi həll ediləcək. Məzunlar təhsilini Tbilisi Dövlət Universitetinin Axalkələk filialında da davam etdirə bilərlər.

Axalkələkdə gürcülərə məxsus uşaq bağçası yoxdur. Yalnız bir gürcü qrupu erməni uşaq bağçasına gedir ki nəticədə də onların erməniləşdirilməsi prosesi baş verir.

Gürcüstanın dövlət təhlükəsizliyi, o cümlədən xüsusi xidmət orqanları guya “xeyriyyə-təhsil fəaliyyəti” ilə ört-basdır edilmiş qeyri-hökumət təşkilatlarının hərəkətlərini diqqətlə izləməlidirlər. Xalqlararası əvvəllər mövcud olan çoxəsrlik mehriban qonşuluq münasibətləri və ənənələri qorunub saxlanılmalıdır və bərqərar olunmalıdır.

Daşnaklar Cavaxetiyada özlərini sərbəst hiss edirlər. “Cavaxetiya"nın üzvlərinin - xaricdəki zəngin erməni diasporu isə Cavaxetiyanın iqtisadi dirçəlişi üçün külli miqdarda pul ayırmağa hazırdır və onlar artıq Cavaxetiyada özünüidarəetmə hüququnun olmasını tələb edirlər. Ona görə də bir daha qeyd etmək lazımdır ki, Cavaxetiyada heç bir şey baş vermir, orada yalnız sosial problem hökm sürür. Təəssüf ki, real vəziyyət göstərir ki, erməni əhalisinin sosial və maddi şəraiti yerli gürcü əhalisindən xeyli yaxşıdır. Odur ki, erməni şovinist təşkilatları sosial problemlərlə uğurla maskalanırlar ki, bu da gələcəkdə Cavaxetiyada acınacaqlı nəticələrə səbəb ola bilər.

Ermənistanda, Ter-Petrosyanın prezidentliyi dövründə müxalif daşnak partiyası qadağan olunandan sonra bu partiyanın radikal əhval-ruhiyyəli liderləri Cavaxetiyada məskunlaşmışdılar ki burada da onlarla həmfikir olanlar meydana çıxdı. Qərblə sıx şəkildə təmasda olmaqlarına baxmayaraq, Ermənistan Zaqafqaziyada Rusiyanın “mövqelərinin qorunub saxlanılmasına” olduqca mühüm əhəmiyyət verir. Bəzi rəsmi şəxslərin guya Cavaxetiyada belə bir şeyin baş vermədiyini və “Cavaxk”ın yalnız sosial problemlərin həll olunmasını öz qarşısına məqsəd qoyduğunu bəyan etməsi həqiqətə uyğun deyildir. Bu, Amsterdam universitetinin aspirantları olan Yudit Xint və Kriz Siqalofun qarşısında çıxış edən “Cavaxk” liderlərinin bəyanatı ilə təsdiqlənir.

Cavaxetiyada gürcülərin əleyhinə yönəlmiş istiqamətin ayrı-ayrı qrupları Axalkələkdəki Rusiyanın hərbi bazasını özlərinə etibarlı dayaq hesab edirlər. Həmin bazada hərbi əməkdaşların böyük əksəriyyəti ermənilərdən ibarətdir. Rusiya-Gürcüstan münasibətlərinin kəskinləşməsi halında bu baza yeni qaynar nöqtənin mərkəzinə çevrilə bilər. Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edən Rusiyanın təcavüzkar siyasi kursundan irəli gələn Gürcüstanın milli maraqları rus silahlı və sülhməramlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edir. Gürcüstan, Axalkələkdə Rusiyanın hərbi bazasını ləğv etmək üçün bütün diplomatik və siyasi vasitələrdən istifadə etməlidir.

Ninotsminda və Axalkələkdə İrəvan Dövlət universitetinin və digər ali məktəblərin filialları açılmışdır. İrəvan universitetlərindən olan bəzi professorlar gürcülərin əleyhinə fəaliyyət göstərərək təxribatçılıqla məşğul olurlar. Məsələn, İrəvan universitetinin filialının müəllimi S.Eranusyan belə bir bəyan etmişdir: “Bir halda ki, Gürcüstanda milli məsələ həll olunmur, onda biz referendumun keçirilməsinə tərəfdarıq. Biz xalqdan soruşmaq istəyirik ki, onlar “Cavaxetada” bütöv bir Gürcüstan çərçivəsində inzibati-ərazi vahidi yaratmaq istəyirlərmi?” Cavaxetiyanın erməni əhalisi tərəfindən 1997-ci ilin may ayında referendum keçirmək üçün 10 min Amerika dolları toplanılmışdır.

Axalkələkdə Tbilisi universitetinin və digər dövlət ali məktəblərinin filiallarının (texniki, aqrar, tibb və s. universitetlər) açılması erməni əhalisinin gürcü dilini yaxşı mənimsəməsinə, regionun Gürcüstanla inteqrasiyasına kömək edəcəkdir. Bununla yanaşı, bu ali məktəblər yerli gürcü əhalisindən milli kadrların hazırlanması mərkəzlərinə çevrilə bilər.

Cavaxetiyanın ali və xüsusi təhsil ocaqları milli ziyalıların və yerli kadrların hazırlığının dayağı olmalıdır, çünki gələcəkdə onlar doğma diyarlarının idarəsini öz əllərinə alacaqlar.

Cavaxetiyada elmi - tədqiqat müəssisələri, ali və xüsusi təhsil ocaqları yaranmalıdır ki torpaq sahələrini daim istifadəyə versinlər. Cavaxetiyada əsas dayaq milli ziyalıların, yerli kadrların hazırlanmasıdır. Rəhbər vəzifələrdə (bölgə hakimi, polis rəisi, rayon təhlükəsizlik şöbəsinin rəisi, gömrük rəisi, rayon xəstəxanasının baş həkimi və s.) ermənilərlə bərabər gürcülər də işləməlidirlər. Sovet dövrünün rəhbər partiya eləcə də Sovet orqanlarına, birinci şəxslər olaraq ermənilərin təyin edildiyi həmin əsassız praktikanı dəf etmək lazımdır. Bu proses tədricən və ağrısız şəkildə həyata keçirilməlidir. Cavaxetiya ermənilərinin siyasi şüurunun dəyişməsi və Gürcüstana inteqrasiyası üçün bir neçə nəsil və uzun illər lazımdır.

Samtsxe-Cavaxetiya, kommunist nomenklaturasının xüsusilə təyin olunmuş qeyri-köklü rəhbərləri yuxarıdan "rəhbərlik" edərkən gürcülər idarəçilikdən geri qalırdı. Ermənilər isə yerlərdə heç vaxt qalmamışlar. Müxtəlif çirkin fırıldaqçılıqlardan, mənzillərin satışından, gəlirli vəzifələrdən, partiyaya daxil olma anketlərindən və böyük kapitalın toplanmasından sonra Tbilisidə prestijli mənzillər alaraq yenidən nomenklatura vəzifələrinə keçmişlər. Erməni rəhbərləri məhz bu cür idilər, o fərqlə ki onlar hətta daimi yaşayış üçün İrəvana köçərək yüksək vəzifələrdə işləməyə başlamışdılar.

Gürcü çarları və patriarxları Samtsxe-Cavaxetiyanın onların idarəçiliyində olduğunu hesab edərək onu dirçəltmək üçün əllərindən gələni edirdilər. Hazırda bu regionda yerli idarəçiliyin dövlət strukturlarındakı yerli hakimiyyəti azdır. Əsasən Tbilisi erməniləri vəzifədədirlər. Lakin məlumdur ki, yerli insanlar öz tarixlərini, ənənələrini, hüquqlarını və yazılmamış qanunlarını daha yaxşı bilirlər.

Gürcüstanın patriarxı katalikos II İlya Samtsxe-Cavaxetiyada bir neçə dəfə olmuş və orada onun tərəfindən ciddi addımlar atılmışdır: o, Taparavani gölü yaxınlığında ziyarətgah tikdirmiş və ucaltmış; Müqəddəs Ninonun gəlməsinin simvolu kimi "üzüm tənəyindən xaç" qoydurmuş; Safari monastırının yaxınlığındakı bir neçə kənddə mənəvi seminariya yaratmışdır, harda ki bu mümkün idi; o cümlədən kilsələri bərpa etmişdir. O, həmçinin Ahalsıxda mövcud olan Samtsxe-Cavaxetiyanın kilsə-inzibati mərkəzini - yepiskopluğunu möhkəmləndirmişdir. Katolikos - patriarx gürcü əhalisinin mənəvi ənənələrinin bərpası üçün bundan sonra da hər şeyi etməlidir. Gürcüstanın bəzi kəndlərində monastr kilsələri dağıdılmışdır. Onları bərpa etmək üçün bütün qayğılar göstərilmişdir. Yerli əhalinin isə bu baxımdan maddi imkanları yoxdur. Məsələn, faktiki olaraq Ptena kəndində Müqəddəs Georgi kilsəsi dağıdılmışdır. Onun bərpasına isə 90-cı illərdən başlanılmışdır, lakin sonra məlum hallardan sonra bu proses dayandırılmış və bu günə qədər də başa çatmamışdır.

Gürcüstan hökuməti və bütün gürcü xalqı Acarıstan respublikasında yaşayan ekoloji mühacirlərə və yerli gürcü əhalisinə mənəvi dəstək verməlidir. Bu bölgədə sakinlər üçün evlərin tikintisini başa çatdırmaq lazımdır. Müvafiq məktəblər, klublar, kitabxanalar, tibbi ambulatoriyalar, içməli sular və hamamlar isə hələ də yoxdur. Samtsxe-Cavaxetiyada demoqrafik proseslərin tənzimlənməsi yerli hökumətin nəzarəti altında olmalıdır. Gürcüstan və Acarıstan muxtar respublikasının rəhbərliyi Samtsxe-Cavaxetiyada gürcü əhalisinin ekoloji miqrasiyanın əsaslandırılması üçün əllərindən gələni etməlidirlər.

Yenə də Samtsxe-Cavaxetiyaya başqa bölgələrdən gürcü əhalisinin köçürülməsi prosesini davam etdirmək lazımdır. Lakin köçürülənlərin sayı yerli sakinlərin sayından çox olmamalıdır.

Cavaxetiyadan getmiş gürcülərin qismən geri qaytarılmasını məqsədəuyğun hesab edirik, əgər dövlətlər lazımi diqqəti və qayğını göstərsələr, bir çox yerli cavaxetiyalılar öz ata-baba yurdlarına məmnuniyyətlə yenidən qayıdarlar.

Cavaxetiyada, əhalisi 1944-cü ildə zorla Okami kəndinə köçürülmüş gürcülərə məxsus tarixi Kilda kəndini bərpa etmək lazımdır. Kildanın əhalisi dəfələrlə Sovet və partiya orqanları qarşısında onların doğma kəndinə qayıtmaları barəsində məsələ qaldırsalar da, onların bu təklifi hər zaman rədd edilmişdir. Kildanın əhalisi isə Okami kəndinə uyğunlaşa bilmədikləri üçün Qamardjveba kəndinə köçmüşlər.

Sığınacaqlarda yaşayan Gürcüstanın Cavaxetiya kəndlərinin (Qoqaşeni, Pteni, Çunçxa, Koteliya və s.) sakinləri üçün (250-dən çox ailə) lazımi vəsait ayırmalı və onlar üçün yeni evlər tikilməlidir. Gürcüstan kəndlərinin bərpası - dirçəlişi üçün Gürcüstanın iş adamları, dövlət sənayesi eləcə də özəl şirkətlər tərəfindən sponsorluq edilməlidir. Cavaxetiyanın erməni kəndləri gürcü kəndlərinə nisbətən yaxşı vəziyyətdədir. Kumurdo kəndində “prezident bulağı”nın olması eləcə də erməni məktəblərinə yardımın göstərilməsi təqdirəlayiq hesab olunur. Ancaq ilk növbədə, qeyd etmək lazımdır ki ən ağır vəziyyətdə olan kənd və məktəblər də böyük diqqət tələb edir. Unutmayaq ki Axalkələk rayonunun mərkəzində artıq on illərdir ki gürcü məktəbləri dağıdılmış vəziyyətdə qalmaqdadır.

Cavaxetiya regionunun gürcü məktəbləri xüsusi diqqət tələb edir çünki belə bir hal təhsillə yanaşı milli gərginliyə də səbəb olan amillərdəndir.

Gürcü məktəblərinə qarşı daşnakların hər bir təxribatçılıq fəaliyyətinin təkrarlanmasına qarşı hökumət tərəfindən sərt reaksiya verilməlidir. 1997-ci ildə milliyyətcə erməni olan təhsil şöbəsinin müdiri heç bir əsası olmadan metodist K. Potsxveraşvilini vəzifəsindən azad etmişdir. Sameba kəndində isə daşnak partiyasının üzvü, kolxoz sədri Tumasyan silahla gürcü müəllimlərini hədələyərək onların dərs keçmələrinə imkan verməmişdir. Gürcüstanın Cavaxetiyadakı məktəbləri gürcü dilinin və dininin mənbəyidir. Ona görə də islahat ilə əlaqədar olaraq məktəblərin sayı azaldılmamalıdır, əks halda isə bu mütləq gürcü əhalisinin miqrasiyasına səbəb olacaqdır. Biz bu məsələni milli dövlət siyasəti səviyyəsinə qaldırmağın vacib olduğunu qeyd etmək istəyirik.

Gürcüstanın bütün vətəndaşlarının dövlət dilini - gürcü dilini, Gürcüstanın tarixini bilmələri və Gürcüstanın ordusunda xidmət etmələri məcburidir.

1829-1831-ci illərdə Artaan vilayətindən (Veli kəndi) Axalkələk kəndlərinə köçürülmüş gürcü katolikləri (Bavridə, Qulikamidə, Kartikamidə, Turtsxidə, Xulqumoda) xüsusi diqqət tələb edirlər. Onları fransızlar (“ferenq”) adlandırırlar. Onların gürcü soyadları da var: Aslanati (Aslanişvili), İqitxanati (İqitxanaşvili), Eliyan (Eliadze), Berukyan (Berikaşvili), Xutsiyan (Xutsişvili) və s. Bu insanlar lap əvvəldən əminliklə qeyd edirlər ki, gürcü katolikləri heç vaxt mövcud olmamışdır və Gürcüstanda yaşayan bütün katoliklər ermənidirlər. Ona görə də onlar tədricən ermənipərəst olmuşlar. 30-40-cı illərdə onların gənclərinin müəyyən bir hissəsi Axalkələkin orta məktəblərində təhsil alsalar da, bu gün Xulqumo kəndində yaşayan Turxanovlar ailəsinin övladları Gürcüstan məktəbində təhsil alırlar.

1980 - ci ilin məlumatına əsasən, Xulqumoda 227 ailə, Kartikada - 440, Bavrada - 276, Turtsxidə-453 olmaqla cəmi 1347 ailə və 6447 səfir var idi.

Nüfuzlu hökumət komissiyası yaradılmalıdır ki, bu komissiya da öz növbəsində sənədlərin və sorğu-sualın əsasında onları gürcü etnosuna qaytaracaqdır. Bu isə həqiqətən də ədalətli və obyektiv bir qərardır.

XX əsrin 50-ci illərində kolxozların genişləndirilməsi və onların bazasında sovxozların yaradılması, Cavaxetiyanın kənd əhalisinin təbii pul ödənişinin dəyişdirilməsi ilə nəticələndi. Aşağı ödəniş isə maddi istehsal sahəsində işçilərin kəskin şəkildə azalmasına səbəb oldu.

Nəticədə, gəncləri yerində saxlamaq mümkün olmadı və yerli gürcü əhalisinin miqrasiyası başladı. Bu vaxt azsaylı gürcü kəndləri (Qoqaşeni, Okami, Azmana, Ptena, Çunçxa və Kotelia) boşalmışdı.

Yerli və Acariyadan köçüb gəlmiş yerlərin möhkəmləndirilməsi üçün iş yerlərinin yaradılmasının - ənənəvi gürcü və sənətkarlıq istehsalının (xalçaların toxunması, metal, taxta və gil məmulatlarının istehsalı) bərpa olunmasının mühüm olduğunu hesab edirik. Gürcü əhalisinin əməyindən yerli xammalın emalı üçün istifadə olunmalıdır (tikinti daşları müəssisəsi, Okamda pemza yataqları və s.). Cavaxetiya tikinti daşları yataqları ilə zəngindir. Məlum hadisələr zamanı fiziki şəxslər daş yataqlarını amansızcasına məhv etmiş və Gürcüstan torpağına böyük ziyan vurmuşlar (der. Çunçxa, Ktena və s.). Üzlük daşlarının böyük bir hissəsi çıxarılmaqla bu gündə ixrac olunur (güman ki Rusiyaya). Müvafiq inzibati və nəzarət qurumları bu işdə qayda-qanun yaratmalıdırlar ki, bu da öz-özlüyündə büdcənin doldurulmasının əhəmiyyətli şəkildə mənbəyi olacaqdır. Kənd təsərrüfatının ənənəvi sahələrinin (heyvandarlıq, taxıl və soya istehsalı, arıçılıq) bərpasına və dirçəlməsinə xüsusi diqqət yetirilməlidir. Gürcüstan kəndlərində kolxozların əsassız şəkildə ləğv edilməsi nəticəsində heyvandarlıq fermaları məhv edilmişdir. Məsələn, 80-ci illərdə Ptena kəndində müasir heyvandarlıq kompleksi tikilmişdir, lakin hazırda isə qarət edilmiş vəziyyətdədir. Sakinlərə ayrılmış torpaq sahələri işlənmir. Təxirəsalınmaz vəzifə kimi Gürcüstan kəndlərində fermer təsərrüfatının bərpası, eləcə də taxılçılıq, bitkiçilik və heyvandarlıq sahəsində icarə formalarının inkişaf etdirilməsinin vacibliyini qeyd etmək istəyirik. Soya bitkilərinin böyük bir inkişafı ilə yerlərdə kiçik yağ istehsalı müəssisələri yaranacaqdır.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

Bütün xəbərlər Facebook səhifəmizdə