"Bakı Metropoliteni"nin fəaliyyətinə start verildi

"Bakı Metropoliteni"nin fəaliyyətinə start verildi

"Bakı metropoliteninin bütün stansiyaları dezinfeksiya edilib". SİA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib.

Onun sözlərinə görə, dezinfeksiya prosesi gün ərzində bir neçə dəfə təkrarlanır: "Metro ilə sərnişin daşınması gündən-günə artır. Belə ki, iş günlərində 800 min, qeyri-iş günlərində 600 min, şənbə-bazar günlərində isə 450 min sərnişin daşınır, yəni, gün ərzində orta hesabla 650 min sərnişin. Bu ilin ilk ayında 39 milyon sərnişin daşınıb".

Xatırladaq ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 2020-ci il mayın 9-da saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə