Nəzarət altında saxlanılan şəxslərlə rəftar və erməni vandalizmi

Konvensiyanın IV hissəsi nəzarət altında saxlanılan şəxslərlə rəftar qaydalarım nəzərdə tutur. Himayədə olan şəxsləri nəzarət altında saxlayan münaqişədə iştirak edən Tərəflər onlarm pulsuz saxlanılmasım, habelə onlara sağlamhq vəziyyətinin tələb etdiyi tibbi yardımın göstərilməsini tə'min etməlidir. Nəzarət altında saxlanılan yerlər müharibə təhlükəsinə xüsusilə məruz qalan ərazilərə salınmamalıdır. Hərbi mülahizələr imkan verdikdə, nəzarət altında saxlanma düşərgələri IC hərfləri ilə elə işarələnməlidir ki, gündüzlər havadan aydın görünə bilsinlər (mad. 83).

Nəzarət altında saxlanma yerləri gigiyena və sağlamlığın qorunması baxımından əlverişli olmalıdır (mad. 85).

Nəzarət altında saxlanılanlara e’tiqadından asılı olmayaraq, dini ayinləri icra etmək üçün əlverişli binalar verilməlidir (mad. 86).

Nəzarət altında saxlanma yerlərinin hava hücumundan və digər təhlükələrdən mühafizəsi üçün zəruri tədbirlər görülməlidir (mad. 88).

Konvensiya nəzarət altmda saxlanan şəxslərin zəruri qida və paltarla tə’min olunması üçün müvafiq normalar nəzərdə tutmuşdur (mad. 89-90).

Nəzarət altında saxlanma yerlərində lazım ola biləcək tibbi yardım göstərən və zəruri qida rejimini təmin edən müvafiq lazaret olmalıdır. Nəzarət altında saxlanılanlar ayda azı bir dəfə tibbi müayinədən keçirilməlidir (mad. 91-92).

Nəzərət altmda saxlayan hakimiyyət orqanlannm müəyyən etdikləri intizam qaydalarına riayət etmək şərtilə, nəzarət altında saxlanılanlar dini ayinlərini icra etməkdə, o cümlədən ibadətgahlara gedib-gəlməkdə sərbəstdirlər. Nəzarət altında saxlamlan din xadimlərinə öz icma üzvlərinə sərbəst xidmət etməyə icazə verilməlidir (mad. 93).

Nəzarət altında saxlayan Dövlət nəzarət altında saxlanılan şəxslərin özləri istəmədən işləməyə məcbur edilə bilməzlər. İşin məcburən yerinə yetirilməsi, habelə təhqiramiz və alçaldıcı xarakter daşıyan iş bütün hallarda qadağandır (mad. 95).

Nəzarət altında saxlanılanlann saxlanıldığı ərazidə qüvvədə olan qanunlar hüquq pozuntusu törədən nəzarət altında saxlanılan şəxslərə də 193 şamil olunur. Əgər ümumi qanunlarda, qaydalrda və ya əmrlərdə nəzarət altında saxlamlanların törətdikləri əməllərin cəzaya səbəb olduğu göstərilirsə, eyni zamanda nəzarət altında saxlanmayanlar tərəfindən törədilən eyni əməllər cəzaya səbəb olmursa, belə əməllər barəsində yalnız intizam tənbehi tətbiq edilə bilər. Heç bir nəzarət altında saxlanılan eyni əmələ görə və ya eyni ittiham üzrə bir dəfədən artıq cəzalandınla bilməz (mad. 117).

Məhbusların təbii işıq düşməyən yerlərdə saxlanılması ümumiyyətlə, onlara qarşı hər cür qəddarlıq istisnasız olaraq qadağandır. İntizam və ya cinayət cəzasını çəkdikdən sonra həmin nəzarət altında saxlanılanlarla digərlərindən fərqli rəflar edilməməlidir (mad.118).

Nəzarət altında saxlanılanlara aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:

- əmək haqqının 50 faizi miqdannda cərimə, özü də 30 gündən çox olmayan müddətə;

- konvensiya ilə müəyyən edildiyindən əlavə olaraq verilmiş güzəştlərin ləğvi;

- nəzarət altında saxlanma yerinin qorunması ilə əlaqədər gündə iki saatdan çox olmamaqla növbəndəkənar işlər;

- həbs (mad. 119).

Qaçdıqdan və ya qaçmağa cəhd göstərildikdən sonra tutulmuş nəzarət altında saxlanılan şəxsə, hətta bu əməl təkrar törədilsə belə, yalnız intizam tənbehi tətbiq edilməlidir. V.V.Aleşin tərəfindən nəzarət altında saxlanılan mülki şəxslərin hüquqi vəziyyəti beyməlxalq humanitar hüquq, beynəlxalq xüsusi hüquq və dövlətdaxili hüququn müqayisəli analizi əsasında araşdınlnuşdır. Müəllif belə hesab edir ki, Konvensiyanın 119-cu maddəsində nəzərdə tutulmuş “xüsusi nəzarət” termini və 120-ci maddədə nəzərdə tutulmuş “inzibati tənbeh tətbiq etmə” müddəası dəqiqləşdirilməli və onların özündə nəyi ehtiva etdiyi aydın ifadə olunmalıdır.

Nəzarət altında saxlayan dövlət hər bir nəzarət altında saxlanılan şəxsi onun bu cür saxlanılması zərurəti aradan qalxan kimi azad etməlidir (mad. 132).

Konvensiyada neytral ölkədə himayə altında olan şəxslər üzrə Mərkəzi Məlumat Agentliyi və döyüşən tərəflərin məlumat (32 Алешин В.В. Правовое положение интернированных лиц и их собственности // Московский журнал международного права. 2/2000/38. апрель-июнь, с.277. 194) bürosunun yaradılması də nəzərdə tutulmuşdur. Bu təsisatların vəzifələri himayədə olan şəxslərin vəziyyəti və yeri barəsində məlumatları toplamaq və onların ailələrinə ötürmək daxildir (mad. 136-141).

Konvensiya eyni zamanda onun müddəalarını pozan şəxslərin cəzalandınlmasını da nəzərdə tutur. Konvensiya ciddi pozuntulara aşağıdakıları aid edir: qəsdən öldürmək, işgəncə vermək və ya qeyri-insani rəftar etmək, o cümlədən bioloji eksperimentlər aparmaq, qəsdən ağır əzab vermək, bədənə və ya sağlamlığa ciddi təsir edən xəsarət yetirmək, himayədə olan şəxsi qanunsuz deportasiya etmək, köçürmək və həbs etmək, himayədə olan şəxsi düşmən dövlətin silahlı qüvvələrində xidmətə məcbur etmək və ya onu Konvensiyada nəzərdə tutulan qərəzsiz və normal mühakimə icraatı hüququndan məhrum etmək, girovlar götürmək, hərbi zərurət olmadan, qeyri-qanuni və özbaşına olaraq irimiqyaslı dağıntı aparmaq və əmlak mənimsəmək (mad. 147).

Pozuntu aşkar edilən kimi münaqişədə iştirak edən tərəflər onun qarşısını almalı və pozuntuya görə mümkün qədər qısa müddətdə cəza verilməsi üçün tədbirlər görməlidirlər (mad. 149).

Silahlı münaqişələr zamanı mülki əhalinin mühafizəsinin zəruriliyini ilk dəfə hüquqi cəhətdən möhkəmləndirən tarixi sənəd olmaqla IV Konvensiya bəzi mühüm məhdudiyyətlər də nəzərdə tutur. Hər şeydən əvvəl, bu Konvensiya müddəalarının tətbiq sahəsinə aiddir. Belə ki, 4-cü maddəyə əsasən Konvensiya yalnız “münaqişə və işğal zamanı hər hansı me’nada və hər hansı şəkildə münaqişədə iştirak edən Tərəfin və ya işğalçı dövlətin hakimiyyəti altına düşən vetəndaşlan olmayan şəxslərə şamil edilir. Bundan başqa Konvensiya geniş dairədə şəxslərə-döyüşən dövlətlə normal diplomatik münasibətləri olan neytral dövlətin vətəndaşlanna münasibətdə mühafizədən imtina edir”. Mülki əhalinin mühafizəsi haqqında

XX əsrin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə, eləcə də hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, neqativ ictimai fikir formalaşdırılmışdı.

Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün İttifaq miqyasında yaymışdılar.

Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin, faktiki olaraq, Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil edildi.

DQMV ərazisində Ermənistanın bayrağı qaldırıldı. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.

Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qarşısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəticədə, ermənilər Azərbaycan hökuməti tərəfindən nəzarət olunmayan vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.

Eyni zamanda, bu dövrdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovuldu. Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən Sovet ordusundan qalmış 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır.

Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda onlarca erməni zabiti və giziri iştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də sovetlərdən qalma 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylandı.

1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Elə həmin gün Şuşa işğal edildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi, əslində, başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi.

Şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı vaxtla üst-üstə düşür və bağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər, həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndiyə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar.

Şuşa işğal edildikdən az sonra, ermənilər qısa müddət ərzində, yəni mayın 18-də iki respublikanın arasında yerləşən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Nəticədə, 1385 kvadratkilometr ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.

Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi. Beləliklə, “öz müqəddəratını təyin etmək” ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsınin Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin “humanitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi.

Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.

Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.

Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür.

Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin bir çoxunda Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə — 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.

Acı xatirələrdən. Xocalı yanğısını canında, varlığında yşandanların sayı ilbəil azalır, bu yanğıya acıyanlar, ağlayanlar isə azalmır, əksinə, illər ötdükcə yaralarımız, yaddaşlarımız daha şiddətlə qövr eləyir, ürəyimiz sızıldayır. Əgər 15 il əvvəl övlad, vətən, torpaq itirmiş şikəst taleli, sınıq qəlbli Xocalı köçkünü öz dərdini tək özü çəkirdisə, indi bu, bütöv bir millətin, xalqın dərdidir. Sumqayıtda yerləşmiş Xocalı məcburi köçkünlərinin icra nümayəndəsi Aydın Əliyev deyir ki, 26 fevral 1992-ci il qırğınından salamat qalmış hər bir xocalılının başına gələnlər qələmə alınsa, bu, üç-dörd kitablıq bir dastan olar. Ermənilər bizi üç gün qarlı-şaxtalı çöllərdə ov kimi ovladılar, qarışqa kimi qırdılar, başımıza olmazın müsibətlər gətirdilər. Həmin müdhiş günlərdə təkcə bizim ailə 12 nəfər ən yaxın adamını itirdi, 17 nəfər şikəst oldu. Hadisə baş verən günə qədər Xocalı 4 ay idi ki, ermənilərin mühasirəsində ürək kimi çırpınırdı. Həmin müddətdə, demək olar ki, hər gün üstümüzə güllələr yağış kimi yağırdı, lakin Xocalı gəncləri, könüllülər səngərlərdə növbə çəkərək erməni basqınçılarının qarşısını mərdliklə alırdılar. Tez-tez güclü artilleriya atəşi olanda bizim ailələr qaçıb yaxınlıqdakı dəmir yolu körpüsünün altında mərmi və 78 güllələrdən mühafizə olunurdu. Bir növ atəşə alışmışdıq. Lakin fevralın 25-i axşamı daha xalq dözüm gətirə bilmədi. Axşam saat 10-dan sonra ermənilər hər cür müasir odlu silahla üstümüzə güclü hücuma keçdilər, dörd tərəfdən başımıza güllə, mərmi yağış kimi yağırdı. Düşmən soyuq səmanı fişənglərlə işıqlandırıb qaçanlara aman vermıirdi. Vahimə içərisində başsız qalmış dinc əhali ev-eşiyini buraxıb, hara gəldi qaçır, yerdən, göydən aman istəyirdi. Bizim məhəllənin 300-dən çox sakini gecənin zülmətində və qışın sazağında Qarqar çayını keçib Əsgərana tərəf getmək istədik. Lakin xəbər gəldi ki, ermənilər orda da qırğın törədiblər. Gülablı tərəfə üz tutduq, lakin hansı tərəfə döndüksə erməni silahlılarının atəşi ilə qarşılaşdıq. Belə qarşılaşmalardan sonra sıralarımız seyrəlir və gözümüzün qarşısında doğmalarımızı, əzizlərimizi qarlı çöllərdə, meşə və dağlarda qoyub hey qaçır, sürünür və yenə qaçırdıq. Nabələdlik və hər tərəfin qarla örtülməsi ucbatından neçə-neçə Xocalı sakini qayadan uçdu, uşaqlar, qocalar şaxtaya, yorğunluğa, xüsusən susuzluğa dözməyib heysizləşərək çöllərdə, meşələrdə donub buz heykələ döndülər. Bizim dəstə doğmalarımızı itiri-itirə üç gündən sonra şil-küt vəziyyətdə gəlib Gülablıya - doğmalarımızın nəfəs aldığı müqəddəs torpağa çatdıq. Bizi gülablılar necə dəhşətli vəziyyətdə gördülərsə, bütün kənd ağlayırdı...

O günlərin faciəsi kitab-dəftərə sığan dərd deyil. Hər dəfə gözümüzün qarşısında əzabla məhv edilmiş körpə nəvələrim yadıma düşəndə tüklərim biz-biz olur və “Allah ermənilərə lənət eləsin!” deyirəm. Heç faşist də bu qələti eləməyib. Erməni daşnakları Xocalı faicəsini törətməklə insan olmadıqlarını, yəni əsl simalarını dünyaya göstərdilər. Allah bizə səbr versin! Ümidvaram ki, qisas qiyamətə qalmaz. Xocalıya dönməyimiz bizim ən böyük qisasımız olacaq.

Qarabağ savaşının əvvəlindən tökülüşüb kəndi-kəsəyi qoruyurduq. Nə gecəmiz vardı, nə gündüzümüz. Qarım qapının ağzına yığışan mal-qaranı içəri salmaq üçün küçəyə çıxanda “Qrad”a tuş gəldi. Anasının parçalanmış cəsədini görən balaca qızım dözmədi bu dərdə. Sağalmaz xəstəliyə düçar oldu. Bir ayın içində şam kimi əridi yazıq balam. Allah bala dərdini heç kimə göstərməsin, ay oğul! Dörd oğul atası idim. Böyük oğlumun qorxusundan düşmən kəndin həndəvərinə çönə bilmirdi. Kəndə yaxınlaşan ZTR-i susduran oğlum minaya düşdü. İki oğlum da qardaşlarınını intiqamını almaq üçün getdi. Qayıtmadılar. Balaca oğlum, mən, bir də qızım birlikdə kənddən çıxdıq. Nə vaxtsa harada qaldığım yadıma gəlmir. İndi 13 ildir ki, qarımın, oğlanlarımın ruhu dolaşan yurd yerindən aralı düşmüşük. Hər cümə axşamı ev-eşiyimizi dolaşan ruhlara onlarla görüşəndə nə deyək, görəsən? Vallah, cənnət qapısının ağzına belə bizi buraxmayacaqlar bu əməllərimizlə. Hər ayın əvvəlinci günü bura gəlirəm. Bir gün yuxuda gördüm ki, üç oğlum və qarım burada dayanab söhbət edir. Elə xoşbəxt görünürdülər ki, elə bil toya gedəcəklər. Bax, bu dayandığım yerdə qucaqlaşıb görüşdük. Qarım susub üzümə baxırdı. Soruşdum ki, niyə bir söz demirsən? Böyük oğlum cavabında mənə belə dedi: “Lələ, anam nənəmə söz verib ki, səninlə danışmayacaq”. Niyəsində dedi ki, nənəmin qəbrini ermənilər yandırıblar. O da anama and verdirib ki, səninlə danışmasın. Taxıllıqlarımızı yandırırlar, qəbiristanlıqları yandırırlar, onlar da susub dayandıqlarına görə nənəmi burada incidirlər ki, yaxşı oğul böyütməmisən. Cavabında dedim ki, ay bala, mən neyləyə bilərəm ki? Mən nə günah etmişəm ki? Yuxudan ayıldım. Bax, o vaxtdan hər ayın əvvəlində bura gəlirəm. Vallah, mənə elə gəlir ki, onlar mənimlə birgədirlər. Buynuzlu qoçun qisası buynuzlu qoçda qalmaz - demişlər. Bu gün erməni öz ayağının altındakı torpağı yandırır. Vay o gündən ki, həmin torpağı biz yandırmağa başlayaq. Yəqin onda küsən ruhlarda bizimlə barışar.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə