Dənizçilər #evdəqal aksiyasına qoşulublar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin koronavirusla bağlı başladığı #evdəqal aksiyasına qoşulublar. SİA-nın məlumatına görə, aksiyaya ASCO-nun bütün strukturlarından dəstək gəlib.

Dəniz Nəqliyyatı Donanmasının həm Xəzərdə, həm də beynəlxalq sularda üzən dənizçiləri çəkib göndərdikləri videolarda “Yükdaşımların fasiləsizliyi üçün gecə-gündüz çalışırıq. Siz də çalışın, bizim üçün evdə qalın” fikrini səsləndiriblər. ( https://www.facebook.com/ASCO.Azerbaijan.Official/videos/596856684235020/)

Xəzər Dəniz Neft Donanmasının gəmiçiləri isə “Neftçi qardaşlarımızla birgə dənizdə neft-qaz hasilatının sabit saxlanılması üçün çalışırıq. Siz də çalışın sağlamlığınız və təhlükəsizliyiniz üçün evdə qalın” deyə çağırış ediblər. ( https://www.facebook.com/ASCO.Azerbaijan.Official/videos/1091198197904843/ )

Aksiyaya Azərbaycan Dövlət Dəniz Akademiyasının həm evdə, həm də istehsalat təcrübəsində olan tələbələri də qoşulublar. Onlar özünəməxsus şəkildə video çəkərək vətəndaşları evdə qalmağa dəvət ediblər. ( https://www.facebook.com/ASCO.Azerbaijan.Official/videos/666683180755420/ )

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...