"Məcburi köçkün qadınların ədalət çağırışı" Beynəlxalq Konfransı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda beynəlxalq konfrans keçirib. SİA xəbər verir ki, konfrans BMT Təhlüksizlik Şurasının 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsinin 20-ci ildönümünə həsr olunub.

Konfransın açılış nitqini Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev edib.

Hikmət Hacıyev bildirib ki, Xocalıda ümumiyyətlə insanlığa qarşı cinayət törədilib və əlavə edib ki, qadınlar həmişə ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayıblar və məcburi köçkün qadınların səsi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

Tədbirin açılış nitqi daha sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinn sədri Fərid Şəfiyev, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Huseynova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev tərəfindən davam etdirilib.

Daha sonra "Münaqişənin təsiri altında olan mühitdə qadın hüquqlarının və iştirakının təşviq edilməsi" mövzusunda panel müzakirələr aparılıb. Mövzu ətrafında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova moderator qismində mövzunu yönləndirib. Mövzu istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, BMT Qadınlar təşkilatının Avropa və Mərkəzi Asiya ofisinin Sülh, təhlükəsizlik və humanitar məsələlər üzrə regional müşaviri İris Kristjansdottir, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Gülşən Paşayeva çıxış edib.

Eyni zamanda "Münaqişənin insan simaları" adlı panel müzakirələri zamanı Ermənistan-Azərbaycan münaqişəsindən birbaşa əziyyət çəkən qadınlar - Xocalıdan məcburi köçkün Dürdanə Ağayeva, Xocavənddən məcburi köçkün Leyla Cahangirova, qoşunların təmas xəttinə yaxın yerləşən Zovcuq qəsəbəsinin sakini 33 saylı tam orta məktəbinin direktoru Ülkər Hüseynova özlərinin və yaxınlarının həyat hekayələrini paylaşıblar.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...