Türkiyə İranla sərhəd keçid məntəqələrini gücləndirib

İranla Türkiyə arasındakı sərhəd keçid məntəqələrində koronavirusa (COVID-19) qarşı tədbirlər gücləndirilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir fevralın 20-dən etibarən İrandan Türkiyəyə gələn bütün şəxslərin termokameralar vasitəsilə yoxlanıldığını bildirib. Sərhəd keçid məntəqələrinə tibbi heyət yerləşdirilib.

İranın Səhiyyə naziri Səid Nəmaki ilə telefon danışığı apardığını bildirən F.Koca Türkiyə Respublikası olaraq İran xalqının yanında olduqlarını bildirib. O, qonşu dövlətə lazımi hər cür dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə