Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində ilk dəfə səs verəcək gənc seçicilər arasında maarifləndirmə işinin təşkil olunmasına həsr olunmuş tədbir keçirilib. SİA xəbər veri ki, bu məqsədlə Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov gənc seçiçilərin suallarını ətraflı şəkildə cavablandırıb.
Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov məhkum olunmuş şəxslərin Milli Məclisə seçkilərdə iştirak etməsindən danışıb. O qeyd edib ki, ağır cinayət səbəbindən məhkum olunmuş şəxs azadlığa çıxdıqdan 6 il sonra yanız məhkumluq həmin şəxsin üzərindən götürüdükdən sonra vətəndaş bütün hüquqlarını, həmçinin seçki hüququnu da qəbul edir.
Komissiya üzvü həmçinin qaçqınlıq statusu olan şəxslərin seçki hüququndan da söz açıb. Bildirib ki, Bələdiyyə seçkilərində qaçqınlıq stausu olan şəxslərin seçki hüquqlarını təmin edə bilməsək də, Milli Məclis seçkilərində 125 seçki dairəsi üzrə seçkilər keçirilir və soydaşlarımızın seçki hüquqları tam şəkildə təmin olunur. Eyni zamanda, məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə 13 yeni seçki məntəqəsi yaradılıb ki, bu da onlara öz konstitusiya hüquqlarından rahat şəkildə istifadə etməsinə şərait yaradır.
"Bu seçkilər ölkəmizin tarixində çox mühüm yer tutacaq. Çünki, builki seçkilərin digər illərdə olan seçkilərdən fərqi ondadır ki, Milli Məclis seçkilərində təyin olunmuş yaş senzindən sonra Milli Məclisdə keçirilən ilk seçkidir. Yəni, əvvəlki Konstitutsiyada yaşı 25-dən az olmayan şəxslər seçkidə iştirak etmək hüququ əldə edirdilərsə, artıq 2016-cı ildən konstitusiyaya edilən dəyişiklikdən sonra yaş yenzi 18 olan gənclər də passiv seçki hüquqlarından istifadə edə bilərlər", - deyə İlkin Şahbazov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB