Balakən sakininin müavinət almasını əngəlləyən SƏBƏBLƏR RƏSMİ AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Balakən rayonu, Şərif kəndində yaşayan Sarkayev Əli Nəcməddin oğlunun xəstəliyə görə 2-ci qrup əlil olması, lakin sənədlərini Balakən rayon DSMF-yə təqdim etdiyinə baxmayaraq süründürməçiliyə məruz qaldığı və müavinət almasının əngəlləndiyi barədə iddialara cavab verib. Nazirliyin mətbuat katibi Fazil Talıbov SİA-ya açıqlamasında bildirib ki, şikayətin araşdırılması zamanı iddiaların əsassız olduğu müəyyən olunub.
Onun sözlərinə görə, ümümiyyətlə, vətəndaşa əlillik dərəcəsinin təyin edilməsi üçün nazirliyin elektron sistemində hər hansi bir müraciət mövcud deyil: “Bu barədə vətəndaşa dəfələrlə izahat verilib. Ona bildirilib ki, əlillik dərəcəsinin təyin edilməsi üçün qeydiyyatda olduğu səhiyyə müəssisəsindən Forma-88 sənədi nazirliyin elektron sisteminə daxil edilməlidir və bundan sonra vətəndaşa əlillik dərəcəsinin təyin edilib edilməməsinə baxılacaq. Əgər əlillik dərəcəsi təyin olunarsa növbəti addım kimi digər sənədləşdirmə işləri aparılacaq və vətəndaşa bu barədə ətraflı məlumat veriləcək”
F. Talıblı bir daha qeyd edib ki, əlillik dərəcəsinin təyin edilməsi üçün müvafiq səhiyyə müəssisəsi tərəfindən nazirliyin elektron sisteminə Forma-88 sənədinin daxil etməsi əsasdır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumu tərəfindən vətəndaş barədə məlumatları əks etdirən sənəd səhiyyə müəssisəsindən elektron şəkildə daxil olduqdan sonra baxılır və yazılanlara əsasən qərar qəbul olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB