Gənclər və İdman Nazirliyi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinə yaxın ərazilərdə, və cəbhə bölgəsində yerləşən rayonlarda yaşayan uşaq və gənclər üçün Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay istirahət düşərgəsi təşkil edir.
Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, iyulun 27-dən avqustun 5-dək davam edəcək düşərgə çərçivəsində iştirakçılar üçün şən və əyləncəli viktorinalar, üzgüçülük, intellektual və qrup yarışları, stolüstü və kompüter oyunları, tarixi və mədəni yerlərə ekskursiyalar təşkil olunub.
Düşərgədə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Füzuli, Ağdam, Tərtər, Xocavənd rayonlarından 100-dən artıq uşaq və gəncin yay istirahəti səmərəli təşkil edilir. Burada iştirakçıların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, bir-biri ilə yaxından tanış olmaları üçün imkan yaradılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB