“Elektron xidmət növlərinin Siyahısı”na yeni əlavə

“Elektron xidmət növlərinin Siyahısı”na yeni əlavə

Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na yeni bənd əlavə edilib. SİA-nın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı elektron hərracların keçirilməsi “Elektron xidmət növlərinin Siyahısı”na əlavə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə