Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat edib. SİA-nın xəbərinə görə, müxtəlif xəstəliklərdən əziyyət çəkən komitə sədri ötən gün dünyasını dəyişib.
Mərhumun bu gün dəfn ediləcəyi bildirilir.
Xatırladaq ki, A.Ələsgərov 13 dekabr 1937-ci ildə Bakıda anadan olub, Azərbaycan Politexnik İnstitutunu bitirib. O, əmək fəaliyyətinə 1959-cu ildə başlayıb, 2007-ci ilin aprel ayında Komitənin sədri olub. A.Ələsgərov "Şöhrət" ordeni ilə təltif olunub, "Əməkdar mühəndis”, “Əməkdar memar” fəxri adlarına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB