Azərbaycanda Kök Hüceyrə Mərkəzinin yaradılmasının vaxtı çatıb. Bu sahədə proqram hazırlanmalıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov AMEA ilə Səhiyyə Nazirliyinin birgə keçirdiyi sessiyada çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda genome layihəsi hazırlanmalıdır: "Epigenetic sahəsi dünyada sürətlə inkişaf edən sahədir. Bu sahə ilə bağlı AMEA-da kadr hazırlığına başlanıb. Bununla bağlı layihələr həyata keçirilməlidir". Bu gün Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılması üçün resursların olduğunu deyən komitə sədrinin sözlərinə görə, amma təəssüf ki, onlardan səmərəli istifadə edə bilmirik.
Ə.Əmiraslanov söyləyib ki, layihələrin maliyyələşdirilməsi istiqamətində hər şeyi dövlətdən gözləmək düzgün olmaz: "Bu baxımdan yeni fondların yaradılması vacibdir. Alimlərimiz yerli və xarici qrantlardan kifayət qədər istifadə edə bilmirlər. Elmin bütün sahələrində nailiyyətlərin keyfiyyətini artırmaq lazımdır".
"Elektron tibb sahəsi də inkişaf etdirilməlidir. Son illər tibb sahəsində elmi məqalələrin sayı həddindən artıq artıb. Bu sahədə ciddi irəliləyiş var. Xarici jurnallarda tibb sahəsi ilə bağlı alimlərimizin məqalələri geniş yer almaqdadır. Bu sahədə geniş təbliğat aparılır"- deyə, Ə.Əmiraslanov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB