Fevralın 11-i Vergilər Nazirliyinin yaradılmasının 18-ci ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır. Vergilər Nazirliyinin rəhbərliyi və əməkdaşları bununla əlaqədar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar. Nazirliyin media və kommunikasiya mərkəzindən SİA-ya bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb. Sonra nazirliyin kollektivi Şəhidlər xiyabanına gələrək şəhidlərimizin xatirəsini anıb, məzarları üzərinə güllər düzüblər. Nazirliyin kollektivi adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB