Musa Quliyev : “Enerji içkilərinin üzərinə 18+ yazılsın” TƏKLİF

“Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da enerji içkilərinin satışı məhdudlaşdırılsın”. SİA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Son zamanlar Azərbnaycan kardioloqlarının da bununla bağlı həyəcan təbili çaldığını deyən M.Quliyev söyləyib ki, uşaqların bu içkilərdən istifadə etməsi nəticəasində son zamanlar qəfil ölümlərin sayı artıb.

Deputat bildirib ki, enerji içkiləri yuxu, əsəb pozğunluğu ilə yanaşı qan-damar sistemlərində də problemlərə hətirib çıxarır: “Bu səbəbdən Norveç, Fransa kimi ölkələrdə bu cür uçilərin satışı qadağan edilib. Digər ölkələrdə isə enerji içkiləri yalnız 18 yaşdan yuxarı olan şəxslərə satılır. Bu baxımdan müvafiq qanunvericilikdə dəyişiklik edilməlidir ki, uşaqların bu içkilərə əlçatanlığı aşağı düşsün”.

M.Quliyev qeyd edib ki, enerji içkilərinin üzərinə “18+” yazılmalıdır: “Kiçik yaşlı uşaqlara bu cür içkilər satılmamaldır. Bununla yanaşı, enerji içkilərin reklamına da qadağa qoyulmalıdır. Məktəblərə, təhsil müəssiələrinin yaxınlığında bu içkilərin satışına imkan vermək olmaz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə