Prezident İlham Əliyev Natiq Əmirovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Natiq Ərziman oğlu Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Әmirov Natiq Әrziman oğlu 1967-ci ildə Dəvəçi rayonunda anadan olub.
1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirmişdir.
1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsində böyük dövlət vergi müfəttişi, 1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsində dövlət vergi müfəttişi, 1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyidə Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi, 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini, 2000-2001-ci illərdə Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini işləmişdir.
2001-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini, 2003-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Vergilər nazirinin müavini, 2009-2016-ci illərdə isə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilmişdir.
Ailəlidir, 3 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB