Ombudsmanlar ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Ombudsmanlar ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakıda keçirilən Ombudsmanların XIV beynəlxalq konfransının iştirakçıları iyunun 16-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə