Çimərliklərlə bağlı yoxlamaların nəticələri yaxın günlərdə açıqlanacaq RƏSMİ
"Ölkəmizdə çimərliklərin yararlılığını təyin etmək üçün mayın 16-dan dəniz suyunun yoxlanılmasına başlanıb". Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar analizlərin götürülməsinin ləngidiyini deyən şöbə müdiri söyləyib ki, artıq Abşeron yarmadasının 6 inzibati rayon ərazisini, eyni zamanda respublikanın cənub və şimal zonalarını əhatə edən dəniz sularının analizi yekunlaşıb.
Onun sözlərinə görə, hazırda tədqiqat işləri davam edir və yekun nəticələr iyunun 5-nə kimi açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü iyun ayının 15-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB