"Bu gün mətbuat Azərbaycan dilinin tam şəkildə qorunmasına cavab vermir"
"Xəzər dənizinin problemləri bu gün Azərbaycan elminin marağındadır. Xəzər dənizinin atmosferində riyazi modelin yaradılması özündə böyük yeniliyə gətirib çıxaracaq". SİA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə qurumun Rəyasət Heyətinin genişləndirilmiş iclasında çıxış edərkən deyib. AMEA prezidenti bildirib ki, kimya sahəsinə farmokoloji aktiv maddələrin yaradılması üçün kimyəvi sintez əsas istiqamətlərdən biri olmalıdır. Azərbaycanda iki böyük dərman zavodunun tikildiyini xatırladan akademik söyləyib ki, kimyaçılar, bioloqlar bu istiqamətə mütləq şəkildə öz nəzərlərini çevrilməlidirlər: " Bundan başqa genetika istiqaməti genişləndirilməli, yer qatının dərinliyindəki neftin öyrənilməsi istiqamətində elmi işlər davam etdirilməlidir. Humanitar elmlər istiqamətində cəmiyyətin mənəvi həyatında fəlsəfi anlama dair mühüm elmi tədqiqatlar gözləyirik". Çıxışı zamanı dilçilklə bağlı problemlərin olduğunu deyən A.Əlizadə qeyd edib ki, bu gün nə televiziya kanalları, nə yazılı mətbuat nə də başqaları Azərbaycan dilinin tam şəkildə qorunmasına cavab vermir: "Belə olan halda bizdən tələb olunur ki, bəs siz hardasız? Bu baxımdan dilçilik məsələsinə diqqətin göstərilməsi vacibdir". A.Əlizadə çıxışında əlavə edib ki, Multikulturalizmin də elmi əsasları tətbiq edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB