"Son illərdə 4 min hektardan çox ərazilər tam yaşıllaşdırılıb. Əkilən ağacların 2 min hektardan çoxu zeytun ağaclarıdır. Ümumilikdə zeytun bağlarını 5 min hektara çatdırmaq nəzərdə tutulur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazirin sözlərinə görə, əsas məqsəd zeytun məhsullarının Azərbaycan tərəfindən icrax edilməsidir: "Zeytun bağlarının ərazisinin genişləndirilməsi o deməkdir ki, Azərbaycana artıq xaricdən zeytun yağı, yaxud zeytun məhsulları gətirilməyəcək. Düşünürük ki, yaxın 4-5 ildə zeytun məhsullarını özümüz ixrac edəcəyik".
Azərbaycanda ümumilikdə 7 min hektar aqromeşə ərazilərin olduğunu deyən H. Bağırov əlavə edib ki, həmin ərazilərin 3 min hektarı əvvəlki illərdə salınan qoz, fındıq, şabalıd bağlarıdır: "Növbəti 5 ildə 96 milyon meyvə tingi yetişdirməyi qarşımıza məqsəd qoymuşuq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB