Nazir qəbul keçirəcək

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 25 may 2017-ci il tarixində saat 10:00-da Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 248) Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Cəlilabad şəhəri, Cavadxan küçəsi 15, əlaqə telefonları: 050-572-82-82, 050-407-45-54, 025-24-5-27-93) xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə