"Ailə ocağı” mövzusunda forum

"Ailə ocağı” mövzusunda forum

Milli Məclisin deputatı Naqif Həmzəyev 2017-ci ilin MDB məkanında Ailə İli elan olunması ilə əlaqədar Tacikistanın paytaxtında keçiriləcək "Ailə ocağı" mövzusunda forumda iştirak etmək üçün bu gündən Düşənbədə səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, MDB ölkələri könüllülərinin təşəbbüsləri forumunda deputatımız "Azərbaycan Respublikasında gənclər siyasəti" mövzusunda məruzə edəcək.

Forum çərçivəsində MDB məkanındakı gənclər təşkilatları və assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılacaq, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsinə diqqət yetiriləcək, demoqrafiya siyasəti nəzərdən keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə