8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilir. Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tədbiri komitənin sədri Hicran Hüseynova açıq elan edib. "Qadın böyük qüvvədir. Bunu bugünkü tədbirimizdə ağbirçəklərimizin təqdim etdiyi əl işlərindən və uşaqların rəsmlərindən ibarət sərgidə də görə bilərik. Yaşlı nəslin nümayəndələri sənətləri ilə daxili güclərini nümayiş etdirirlər. Zəhmətləri ilə sübut edirlər ki, yaşından asılı olmayaraq qadının ailədə və cəmiyyətdə öz yeri var və onlara qayğı göstərmək bizim hər birimizin borcudur. Bu insanlar özlərini həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etməlidirlər. Bu, çox mühüm məsələdir",-deyə H.Hüseynova bildirib.
Tədbirdə Milli Məclisin deputatları, uşaq və ailələrə dəstək mərkəzlərində çalışan qadınlar da iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB