Bakıda yeni dayanacaqların yeri bəlli oldu

Bakıda yeni dayanacaqların yeri bəlli oldu

Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb. Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nörməli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir.

Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində Bakı Kart ödəniş terminalları yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə