"ASAN Kommunal" fəaliyyətə başladı SƏS TV

"ASAN Kommunal" fəaliyyətə başladı SƏS TV

"2016-cı ilin may ayında ölkə başçısının fərmanı ilə "Asan Kommunal" xidmətin yaradılması barədə tapşırıq verilib. Qısa müddətdə "ASAN Kommunal" xidmətlərinin yaradılması üçün aidiyyatı qurumlarla bir yerdə tədbirlər görüldü və bu gün "ASAN Kommunal"xidməti vətəndaşları qəbul etməyə başlayıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinun sədr müavini Ülvi Mehdiyev deyib.

Ötən ilin dekabr ayında ölkə başçısının iştirakı ilə "ASAN Kommunal" xidmətinin açılışı olduğunu xatırladan sədr müavini qeyd edib ki, 2017-ci ilin yanvarın 15-dən etibarən Binəqədi Nərimanov və Nəsimi rayon vətəndaşları bu pilot layihədən istifadəyə başlayıblar. Onun sözlərinə görə, ötən gün ərzində 54 sakin "ASAN Kommunal"ın xidmətlərindən istifadə edib: " Azərsu, Azərişıq, Azəriqaz 45 növ kommunal xidməti üzrə vətəndaşlara xidmət edir. Burada həmçinin özəl sektorda vətəndaşlara xidmət göstərir. Belə ki, bank və sığorta xidmətləri bu mərkəzdə fəaliyyətdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə