"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Azneft" İstehsalat Birliyinin (İB) "Abşeronneft" və "H.Z.Tağıyev" adına neft və qazçıxarma idarələrinin (NQÇİ) mədən ərazilərindəki yaşıllıq sahələrinə yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir.
QSC-dən SİA-ya verilən məlumata görə, SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri"nin həyata keçirdiyi prioritet layihələrdən biri də, "Azneft" İB-nin "Abşeronneft" NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərinin yaşıllaşdırılması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir. QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin 1-ci sahəsinin əməkçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər və yaşıllıq sahələrinin damcı suvarma sistemi ilə təmin edilməsi nəticəsində bitkilərin normal inkişafı təmin edilib. Hazırda "Azneft" İB-nin "Abşeronneft" NQÇİ-nin (Pirallahı) mədən ərazilərində 13 min 524 ədəd, H.Z.Tağıyev NQÇİ-nin Qala ərazisində isə 4 min 420 ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.
"Ekol Mühəndislik Xidmətləri"nin həyata keçirdiyi yaşıllaşdırma tədbirləri nəticəsində "Azneft" İB-nin "Abşeronneft" NQÇİ-nin bir zamanlar neftlə çirklənmiş mədən əraziləri hazırda yaşıllıqlara bürünüb və ərazinin ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB