Gömrükçülərdən uğurlu əməliyyat

Gömrükçülərdən uğurlu əməliyyat

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə "Sınıq Körpü" gömrük postunda baxış keçirilib. Gömrük baxışı zamanı, avtomobilin gizli saxlanc yerlərində 506 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb. SİA-nın məlumatına görə bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti xəbər verib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə