"Əvvəlcədən xəbər verildiyi kimi artıq ötən gündən etibarən respublika ərazisində hava şəraiti kəskin dəyişib. Sulu qar və qar yağır. Belə hava şəraiti gün ərzində davam edəcək. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 7-10 dərəcə aşağı enib. Axşama doğru şimal-qərb küləyi tədricən mülayimləşəcək". Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, sabah ölkə ərazisində yağmursuz hava müşahidə olunacaq və gün ərzində mülayim cənub-qərb küləyi əsəcək: "Havanın temperaturunda qalxma müşahidə olunmayacaq. Gecə saatlarında 1-4 dərəcə şaxta, gündüz saatlarında isə 1-4 dərəcə isti olacaq".
Məlumat üçün nəzərinizə çatdıraq ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB