YAP Tərtər rayon təşkilatında Ulu öndərin əziz xatirəsi anıldı FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndərin anım günü ilə əlaqədar rayonun hüquq-mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarında çalışan işçilərin, rayonun ərazisində yerləşmiş "N" saylı hərbi hissənin zabit və əsgərlərinin eləcə də çoxsaylı rayon əhalisinin iştirakı ilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdilər.
SİA-nın məlumatına görə, tədbir iştirakçıları öncə Ulu Öndərin rayonun mərkəzi meydanında ucaldılan abidəsi önünə əklil və gül dəstələri qoyaraq, Ulu öndərin xatirəsini ehtiramla yad etdilər.
Rayonun Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu və fəaliyyəti barədə, onun Azərbaycan xalqı və dövlətçiliyi naminə göstərdiyi əzəmətli xidmətlərdən bəhs edərək, Ümummilli liderin əziz xatirəsini daim qəlblərdə yaşayacağını, onun ideyalarının doğma Azərbaycanımızın bu günü və gələcəyi üçün tükənməz mənbə olduğunu qeyd etdi.
Rayonun "Cümə" məscidində Ümummilli lider Heydər Əliyevin şərəfinə verilən ehsan məclisində onun ruhuna Quran surələri oxundu, ehsan məclisində rayon sakinlərindən, rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, rayon Elektromexanika zavodunun keçmiş direktoru Rauf Həsənzadə, ziyalı Əli Əliyev, Qarabağ müharibəsi əlili Nizami Heydərov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov çıxış edərək Ulu Öndərin vaxtı ilə rayonumuza etdiyi səfərlərdən, onun rayonumuza göstərdiyi diqqət və qayğıdan, Azərbaycan gəncliyinin daim Heydər Əliyev ideyalarından bəhrələnərək, doğma Vətənimizin bu günü və gələcəyi naminə Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətinin ardıcıllıqla həyata keçirilməsində fəaliyyətlərinin daha artırılmasının vacibliyindən danışıblar.
Rayonun mərkəzi meydanında quraşdırılan geniş ekranlı monitorda Ulu Öndərin müxtəlif dövrlərdə Azərbaycana rəhbərlik etdiyi zamanları əks etdirən sənədli filmlər nümayiş etdirilib.
Tədbir rayon ictimaiyyəti nümayəndələrinin Ulu öndərin abidəsini ziyarət etməklə davam edir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB