Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə güzəşt ediləcək. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Dəyişiklik layihəsinə əsasən, dövlət qulluğunda olan 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB