Vüqar Qədirov: “Bu, sosial ədalət prinsipi baxımından ədalətli qərardır”

Vüqar Qədirov: “Bu, sosial ədalət prinsipi baxımından ədalətli qərardır”

"Tarif Şurasının qərarı sosial ədalət prinsipinin təmin olunması baxımından ədalətli qərardır". Bunu SİA-ya açıqlamasında Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib.

Onun sözlərinə görə, kommunal xidmətlərlə bağlı hər bir dövlətin cəmiyyətin və xalqın maraqlarına uyğun siyasəti var: "Azərbaycan hakimiyyəti bütün məqamlarda, qəbul etdiyi qərarlarda və atdığı addımlarda birinci növbədə xalqının maraqlarını düşünüb. Bu baxımdan düşünürəm ki, Tarif Şurasının qiymətlərlə bağlı verdiyi qərar ölçülüb biçilmiş qərardır. Bu qərarın aztəminatlı ailələrə heç bir mənfi təsiri olmayacaq. Qərarın qüvvəyə minməsi ilə qaz və elektrik enerjisi sahəsində yarana biləcək israfçılığın qarşısı alınacaq. Həm də iş adamlarının məsuliyyətini artıra bilər ki, bu da sosial iqtisadi inkişafın yüksəlməsinə yalnız təkan verə bilər".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə