Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları - Bakutel 2016" sərgi-konfransı 22-ci dəfədir keçirilir və hər il telekommunikasiya sahəsinin aparıcı şirkətlərini bir araya toplayır. SİA-nın məlumatına görə, bunu noyabrın 29-da Bakı Ekspo Mərkəzində öz işinə başlayacaq sərgi ilə bağlı keçirilən mətbuat konfransında Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. O bildirib ki, "Bakutel" sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Prezident İlham Əliyevin və beynəlxalq təşkilatları təmsil edən digər rəsmilərin sərgini ziyarət etmələri onun yüksək statusunu təsdiq edir. O bildirib ki, nazirlik bu il sərgidə vahid pavilyonla iştirak edəcək və orda yeni layihələr də təqdim olunacaq. Həmçinin, stenddə :elektron hökumət", "elektron imza " infrastruktru, Data Mərkəzin "bulud" texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və son nailiyyətlər nümayiş olunacaq. Builki sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək. Tədbir iştirakçılarının 40 faizini "Bakutel" sərgisinin daimi eksponentləri təşkil edir. Onun sözlərinə görə, bu il dünyanın 9 ölkəsi-Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərlə iştirak edəcək. Sərgi dekabrın 2-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB