Prospektin bir hissəsi təmirdən sonra açılır

Prospektin bir hissəsi təmirdən sonra açılır

Qara Qarayev prospektini bir hissəsi təmirdən sonra açılır. "Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumta görə, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.

Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ("8-ci km. bazarı") Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində ("Laçın" ticarət mərkəzi) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə