Onun itkin düşdüyü haqda məlumat FNH-ə iyulun 6-na keçən gecə daxil olub
Erməni çoban yoxa çıxıb

Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətinin Aknaxpur kəndinin 37 yaşlı sakini itkin düşüb. Bu haqda Ermənistanın Fövqəladə Hallar Nazirliyi bildirir.

Məlumata görə R.M. adlı sakin qoyunların arxasınca kəndin ətrafındakı örüşə gedib və geri qayıtmayıb. Onun itkin düşdüyü haqda məlumat FNH-ə iyulun 6-na keçən gecə daxil olub. Saat 04.24-dən axtarış işləri başlayıb, lakin çobandan xəbər yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə