Xəzər Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib FOTOLAR

Bu gün Xəzər Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. SİA-nın məlumatına görə, hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və rayon icra hakmiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxunub. G.İslamov bildirib ki, dövlət başçısının ölkədə iqtisadi islahatların sürətlə aparılması, ixrac potensialının artırılması, xarici sərmayənin ölkəmizə cəlb edilməsi, yerli istehsalın artırılması istiqamətində verdiyi tapşırıqlar hər birimiz üçün mühüm önəm kəsb edir: "Məhz bu fikirləri hakim tutaraq rayonumuzun sosial-iqtisadi inkişafına öz töhfəmizi verməliyik".

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova geniş hesabat məruzəsi ilə çıxış edərək cari ilin ilk rübündə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsində paytaxtın Xəzər rayonunun da yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Sonra Xəzər rayon Su-Kanal Departamentinin rəisi Mübariz Nəsirov, rayon Məşğulluq Mərkəzinin direktoru Gülşən Sadıxov və rayon Gigeyna və Epidemologiya Mərkəzinin müdiri Qair Cərullayev hesabat dövründə görülən işlər barədə məlumat veriblər.


Daha sonar tədbirdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev neftin qiymətinin aşağı düşməsi nəticəsində cari ilin birinci rübündə yaranan vəziyyətdən bəhs edib. Rauf Əliyev qeyd edib ki, Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət nəticəsində bu gün ölkəmiz dünyada öz sözünü deyir: "Prezidentin verdiyi sərəncam və fərmanların hamısı birmənalı olaraq vətəndaşlarımızın rifah halının yüksəlməsinə xidmət edir. Bu da onu deməyə əsas verir ki, gələcək illərdə ölkəmizin bütün sahələrində inkişaf daha da sürətlənəcək".

Hesabat iclasının yekununda G.İslamov Xəzər rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində rüb ərzində çox böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə