Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması məsələsinə aydınlıq gətirib. SİAxəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Nardaran qəsəbəsində daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri aparılmayıb: "Qəsəbədə kriminogen duruma tam nəzarət olunur. Sadəcə, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb". (trend)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB