İtkin düşən daha bir neftçinin cəsədi tapılıb SOCAR

İtkin düşən daha bir neftçinin cəsədi tapılıb SOCAR

"Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsəd identifikasiya olunub". Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib.

Bildirilib ki, fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub: "Belə ki, ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğlunundur. O dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir".

Qeyd edək ki, dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə