Xocalı soyqırımı Sakaryada anıldı

Xocalı soyqırımı Sakaryada anıldı

"İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"a daxil olan VCT rəhbərləri Xocalı soyqırımı ilə bağlı düzənlənən tədbirlərə qatılıblar. SİA-nın verdiyi məlumata görə, günün əvvəlində Forumun nümayəndələri Sakarya Universiteti və universitetin yataqxanası ilə tanış oldular.

Daha sonra universitet tərəfindən təşkil olunan qəbulda Türkiyə Kredit Yurdlar Kurumu regional rəhbəri Arif Özsoy, Azərbaycandan olan millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Beynəlxalq Forumun nümayəndələri, digər türk dövlətlərindən təhsil alan tələbə dərnəklərinin nümayəndələri iştirak ediblər.

Qəbulda millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı ilə bağlı Türkiyədə təşkil olunan tədbirlərdən, Sakaryada təhsil alan tələbələrin həyata keçirəcək biləcəkləri layihələrdən danışıb.

"İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un Azərbaycan nümayəndəliyi yeni qurulan Forumun məqsəd, vəzifələri və qısa müddətdə gördüyü fəaliyyət haqqında məlumat verilib.Tədbirin sonunda Forum tərəfindən Arif Özsoya Fəxri diplom təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə