Qəzada yaralananların adları məlum olub

Qəzada yaralananların adları məlum olub

Bu gün səhər saatlarında 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Nizami rayonu ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobus aşıb. Qəza nəticəsində xəsarət alan sərnişinlərin 4 nəfəri 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Bu barədə SİA-ya xəstəxananadan məlumat verilib.

Bildirilib ki, xəstəxanaya gətirilənlərin vəziyyəti ağırdır. Səhiyyə Nazirliyindən qəzada yaralılarla bağlı bildirilib ki, yaralılardan ikisi reanimasiyaya yerləşdirilib, digər iki xəstə isə travmatologiya şöbəsindədir.

Nizami rayon Prokurorluğundan isə bildiriblər ki, hazırda prokurorluq əməkdaşları hadisə yerindədir. Hadisə nəticəsində hələlik 1 nəfərin öldüyü barədə prokurorluğa məlumat daxil olub.

Qeyd edək ki, yaralanan şəxslər bunlardır - Xəlilova Münəvvər, Səmədov Emin, Ağayarov Sadiq və Musayev Rafaeldir.

Digər yaralıların vəziyyəti yüngül olduğu üçün onlar ev şəraitində müalicə üçün buraxılıblar.

Qeyd edək ki, bu gün Bakının Nizami rayonu ərazisində marşrut avtobusunda baş verən qəza nəticəsində xəsarət alan 10 nəfərdən artıq sərnişin 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə