Mübariz İbrahimovun xatirəsi anılıb

Mübariz İbrahimovun xatirəsi anılıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbirdə tələbə və müəllimlər Mübariz İbrahimovun həyat yoluna nəzər salıb, onun əfsanəvi qəhrəmanlığından danışıblar.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov qeyd edib ki, Mübariz İbrahimov torpaqlarımızın müdafiəsi zamanı həyatından keçib, şərəfli Azərbaycan əsgəri kimi düşmənə sarsıdıcı zərbə vurub.

Rektor vurğulayıb ki, 22 yaşında Milli Qəhrəman olmaq hər kəsə nəsib olmur. Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub gedib.

Tədbirdə digər çıxış edənlər də cəsur Azərbaycan oğlu Mübariz İbrahimovun igidliyindən danışıb, şəhidliyin ən uca zirvə olduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə