Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası qanununa uyğun olaraq "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri, aparat rəhbəri və müvafiq olaraq idarə və şöbə rəisləri iştirak ediblər.
Qəbula yazılan 50-dən artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənildi. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyatı struktur rəhbərlərinə göstərişlər verdi. Vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapdı, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alındı.
Qeyd edək ki, "Azəryolservis" ASC-də Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Həmin cədvələ əsasəncəmiyyətin sədri Saleh Məmmədov tərəfindən hər ayın son 5-ci günü vətəndaşların qəbulu keçirilir.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB