Yollarda son vəziyyət

Hazırda respublikanın avtomobil yolarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub. SİA-nın xəbərinə görə, bunu "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

"Yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz, qum səpilməsi məqsədi ilə "Azəryolservis" ASC-nin texnika, maşın-mexanizmləri səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışırlar. Dağlıq ərazilərdə hələ də qarın yağması davam etdiyindən və güclü şaxta olduğundan yollarda nəqliyyatın təmin olunmuş normal hərəkətinin fasiləsizliyini saxlamaq məqsədi ilə durmadan işlər davam etdirilir. Əgər hardasa buzlaşma varsa, vətəndaşlar bizim 599 79 75 qaynar xəttimizə zəng edib məlumat verə bilərlər"- deyə, qurum rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə