İki nəfəri qətlə yetirən azərbaycanlı saxlanılıb

İki nəfəri qətlə yetirən azərbaycanlı saxlanılıb

Rusiyanın Smolensk vilayətində Moskvada iki nəfəri öldürməkdə günahlandırılan azərbaycanlı saxlanılıb. SİA-nın "İnterfax"a istinadən verdiyi məlumata görə, 2011-ci ildə Moskvada iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı azərbaycanlı gənc həbs edilib.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən dekabrın 26-da Rudnya şəhərinin dəmir yolu stansiyasında saxlanılıb. Bu barədə hüquq-mühafizə orqanları məlumat verib.

Saxlanılan şəxs 6 oktyabr 2011-ci il tarixində Varşava şosesində yerləşən "Moskva" kafesində üç nəfəri odlu silah ilə güllələyib. Həmin şəxslərin saxlanılan şəxsin tanışı olduğu məlumdur. Yaralanan şəxslərin ikisi sonradan xəstəxanada keçinib.

Bütün xəbərlər Facebook səhifəmizdə