Azərbaycan Prezidenti kompleksin tikintisinə 9 milyon manat ayırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də "Masallı rayonunda regional "ASAN xidmət" kompleksinin tikintisi ilə əlaqədar əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, regional "ASAN xidmət" kompleksinin tikintisinin sürətləndirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 9 milyon manat ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB