Kəmaləddin Heydərov Antonius Broek ilə görüşüb

Kəmaləddin Heydərov Antonius Broek ilə görüşüb

Dekabrın 15-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broek ilə görüşüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir Kəmaləddin Heydərov BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilməsi münasibətilə Antonius Broeki təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Fövqəladə Hallar Nazirliyinin kollektivi adından nazirliklə məhsuldar əməkdaşlığa görə qonağa təşəkkür edib.

Antonius Broek səmimi görüşə və xoş sözlərə görə təşəkkürünü bildirib, BMT-nin Azərbaycan nümayəndəliyinin Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə