Gəncə məktəbliləri Lənkərana yola düşüblər FOTOLAR

Gəncə məktəbliləri Lənkərana yola düşüblər FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya layihəsinin növbəti mərhələsinə noyabrın 16-da start verilib. SİA-nın xəbərinə görə, tur-aksiya çərçivəsində Gəncə məktəbliləri ölkənin cənub bölgəsinə- Lənkəran şəhərinə yola düşüblər. Səfər çərçivəsində şəhərin müxtəlif orta ümumtəhsil məktəblərindən olan 40 şagird parta arxasında öyrəndiklərini, mətbuat və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevriləcəklər. Tur-aksiya həmçinin gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünya görüşünün formalaşdırılmasında, tədrisdə əldə edilən nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayacaq, səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə