Azərbaycan Gənclər Fondu Bayraq gününü qeyd etdi

Azərbaycan Gənclər Fondu Bayraq gününü qeyd etdi

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Dövlət Bayraq Meydanının 5 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tərəfindən bir sıra tədbirlər keçirilib. Gənclər Fondundan SİA-ya verilən məlumata görə, "Park Bulvar" və "28 Mall" ticarət mərkəzlərində uşaqlar üçün "Bayrağına boyan" aksiyası keçirilib. Uşaqların üzünə boyalarla bayraq rəsmi çəkilib və hədiyyələr paylanılıb.

Eyni zamanda, Dövlət Bayrağı Gününə həsr olunmuş foto-müsabiqənin qalibləri Dövlət Bayrağı Muzeyində mükafatlarla təltif edilib. İlk üç yerin qaliblərinə dəyərli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə