Noyabrın 10-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zabrat-1'', "Zirə-3'' və "Yeni Zabrat" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA-nın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Zabrat 1 və Balaxanı, həmçinin Xəzər rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB